Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Magistral avtomobil yoluna yaxın yaşayanlarda əqli zəiflik riski yüksəkdir

09 Yanvar 2017
Ontario İctimai Sağlamlıq İnstitutu və Kliniki Qiymətləndirici Elmlər İnstitutunun əməkdaşlarının araşdırması magistral avtomobil yoluna yaxın yaşayan insanlarda əqli zəiflik riskinin başqa ərazilərdə yaşayanlardan daha çox olduğunu üzə çıxarıb.

AZƏRTAC sciencedaily.com saytına istinadən xəbər verir ki, tədqiqatçılar 2001-2012-ci illər arasında 20-85 yaş arası 6,5 milyondan çox Ontario ştatının sakininın iştirakı ilə tədqiqat aparıblar. Nəticədə 243 min 611 insanda əqli zəiflik halları aşkarlanıb. Məlum olub ki, evləri avtomobil yoluna 50 metr məsafədə yerləşən insanlarda 300 metr məsafədə yaşayan sakinlərə nisbətən əqli zəiflik riski yeddi faiz çoxdur. Əsas avtomobil yolu ilə yaşayış məntəqəsi arasında məsafə 200 metrdən çox olan sakinlərdə isə ümumiyyətlə demensiya hallarına rast gəlinməyib.