Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İndiyədək Ceyhan limanından 320 milyon tonadək Azərbaycan nefti dünya bazarına çıxarılıb

09 Yanvar 2017
2016-cı ilin dekabr ayı ərzində 1 milyon 887 min 729 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu həcmin 1 milyon 374 min 823 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 28 milyon 640 min 827 ton olub.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri (BTC) istismara verilən gündən 2017-ci il yanvar ayının 1-dək Ceyhan limanından 319 milyon 834 min 599 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.