Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın üç qadın güləşçisi beynəlxalq reytinq cədvəlində ilk onluqda qərarlaşıb

06 Yanvar 2017
Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən, 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, qadın pəhləvanların reytinq sıralamasında 7 güləşçimizin adı var. Onlardan 3-ü ilk onluğa daxildir.

Ən yüksək göstərici Olimpiya Oyunlarında 48 kiloqram çəkidə gümüş medal qazanan Mariya Stadnikə məxsusdur. Güləşçimiz reytinqdə də ikinci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cüdür. Olimpiadanı 5-ci sırada tamamlayan Yuliya Ratkeviç (58 kq) isə reytinqdə 6-cı pillədədir.