Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yaponiya şirkəti 30-dan çox əməkdaşını süni intellektlə əvəz edəcək

05 Yanvar 2017
Yaponiyanın “Fukoku Mutual Life Insurance” sığorta şirkəti 30-dan çox əməkdaşını süni intellektlə əvəz edəcək.

“IBM Watson” texnologiyası əsasında yaradılmış süni intellektə malik yeni “əməkdaşlar” hələ ki, ödənişlərin qiymətləndirilməsi bölməsində işləyəcəklər. Onlar tibb, sığorta haqqında hesabatlar və digər sənədləri emal edəcəklər. Daha əvvəl bu sənədləri 130-dan çox əməkdaş hazırlayırdı. Onlar ildə 130 mindən çox sığorta hadisəsini təhlil edirdilər.

AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, şirkətin süni intellektə keçidlə bağlı qərarı nəticəsində 34 əməkdaş ixtisar ediləcək və bu, ildə təxminən 1,2 milyon dollar məbləğində vəsaitə qənaət etməyə imkan verəcək