Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alman dilini bilməyən legioner futbolçular cərimələnəcək

05 Yanvar 2017
Bu gün 65 yaşını qeyd edən Münxenin “Bavariya” futbol klubunun prezidenti Uli Xöness bütün legioner futbolçulara yeni tələb irəli sürüb.

AZƏRTAC Bild qəzetinə istinadla xəbər verir ki, klub rəhbəri alman dilini bilməyən əcnəbi futbolçuların cərimələndirilməsini istəyib. Onun fikrincə, komandanın geyinmə otağında futbolçuların danışıq dili almanca olmalıdır.

“Futbolçular “Bavariya”nın geyinmə otağında yenidən almanca danışmalıdır. Dil həmrəyliyin sübutudur. Əks təqdirdə kollektiv daxilində qruplaşmalar formalaşmağa başlayır. Əcnəbi futbolçular alman dilini öyrənməkdən imtina edərsə, onlara cərimə kəsiləcək. Legionerlər gündə iki saat almanca öyrənsə, bu çox gözəl olardı”, - deyə futbol funksioneri əlavə edib.