Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağdamın “Qarabağ” klubu Albaniyanın “Şkenderbeu” komandası ilə qarşılaşacaq

05 Yanvar 2017
Ağdamın “Qarabağ” futbol klubu Antalyada qış təlim-məşq toplanışına start verib.

Klubdan AZƏRTAC-a bildiriblər ki, komandamız təlim-məşq toplanışında ilk yoxlama oyununu yanvarın 15-də keçirəcək. “Qarabağ”ın ilk yoxlama oyununda “Aşqabad” klubu ilə qarşılaşacağı planlaşdırılsa da, Türkmənistan təmsilçisinin Antalyaya gələcəyi sual altına düşüb. Bu səbəbdən komandamız yanvarın 15-də Albaniyanın ən titullu klublarından olan "Şkenderbeu" ilə qarşılaşacaq.