Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şamaxı Astrofizika Rəsədxanasında yeni spektroqraf quraşdırılıb

03 Yanvar 2017
2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında nəzəri və praktiki astrofizika sahəsində elmi-tədqiqat işləri aparılıb, müəyyən elmi nəticələr əldə edilib.

Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin iki metrlik teleskopu üçün yeni OLKES-Optik Lifli Kasseqren Eşelle Spektroqrafın (FOCES-Fibre Optic Casseqrain Spectrograph) hazırlanması başa çatdırılıb. Bu cür yüksək ayırdetməli spektroqrafın quraşdırılması gələcəkdə bir sıra yeni nadir eksperimentlər aparmağa, beynəlxalq əlaqələri inkişaf etdirməyə və rəsədxanaya tədqiqat qrantlarının cəlb olunmasına imkan verəcək.

Ötən il rəsədxana beynəlxalq əlaqələrini genişləndirərək 20-dən çox xarici ölkənin elmi müəssisələri ilə əməkdaşlıq edib.