Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan kikboksçusu “Kunlun Fight 56” turnirinə qələbə ilə başlayıb

02 Yanvar 2017
Kikboksinq üzrə Azərbaycanın millisinin və “Qəbələ” idman klubunun təmsilçisi Pərviz Abdullayev Çinin Sanya şəhərində təşkil olunan “Kunlun Fight 56” turnirinə qələbə ilə başlayıb.

Azərbaycan Kikboksinq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 75 kiloqram çəki dərəcəsində çıxış edən dünya çempionumuz reytinq xarakterli döyüşdə Çin idmançısı Ma Şuo ilə qarşılaşıb. P.Abdullayev döyüşdə 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.