Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nə üçün insanlar yaşa dolduqca daha az risk edirlər?

29 Dekabr 2016
Gənclər daha çox impulsiv və riskə meyilli olsalar da, illər keçdikcə onlarda bu xüsusiyyət yoxa çıxır. London Universitet Kolleci alimlərinin fikrincə, bu, insan yaşa dolduqca beyində dopamin adlı kimyəvi maddənin miqdarının təbii olaraq azalması ilə əlaqədardır.

AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, sınaq zamanı 20 mindən çox adam xüsusi hazırlanmış oyun oynayıb. Tədqiqatçılar aşkar ediblər ki, bütün yaşlarda oyunçular xal itirməmək üçün riskli avantüraya əl atıblar. Lakin 18-24 yaş arasında oyunçular xal udmaq məqsədilə 60-69 yaşlı oyunçulardan daha çox risk ediblər.

Alimlər xəbərdarlıq edirlər ki, dopaminin azalması insanı ehtiyatlı davranmağa gətirib çıxardığı halda, onun artması əks-təsir göstərə bilər. Məsələn, dopaminin çoxluğu impuls nəzarətinin pozulmasına səbəb olar, o cümlədən qumar oyunlarına maraq oyadar, qarınqululuğa və kompulsiv seksual davranışa gətirib çıxara bilər.