Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bionik göz korlara ümid verir

27 Dekabr 2016
Böyük Britaniyada bionik deyilən göz uğurla sınaqdan keçirilib.

AZƏRTAC “bbc.com” saytına istinadla xəbər verir ki, elektron qurğu ilə insanın biosistemini birləşdirən bu texnologiya görmə sistemində genetik pozğunluğun nadir formasından əziyyət çəkən insanların görmə qabiliyyətinin qismən bərpa olunmasına imkan verir.

Mütəxəssislərin sözlərinə görə, bu, yalnız birinci addımdır, texnologiya təkmilləşdikcə, bionik gözləri olan adamların görmə keyfiyyəti də yaxşılaşacaq.

Gözlərinə yeni qurğu köçürülən pasiyentlər indinin özündə deyirlər ki, bionik göz indiyədək zülmət içində olan həyatlarına marağı geri qaytarıb.