Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

27 Dekabr 2016
 

Hörmətli İlham Heydər oğlu!

Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanın firavanlıq yolu Sizin adınızla bağlıdır. Sizin həyatınız Vətənə xidmət nümunəsidir. Siz bütün enerjinizi geosiyasi məkanda dövlətin maraqlarının qorunmasına, Azərbaycanın bütün vətəndaşları üçün mənəviyyatın və sosial sabitliyin inkişafına sərf edirsiniz.

Siz Prezident vəzifəsində milyonlarla Azərbaycan vətəndaşının hörmətini qazanmısınız. Keçirilən seçkilərin nəticələri ölkənizin vətəndaşlarının Sizə hədsiz etimadını təsdiqləyən əsas göstəricidir. Sizə Azərbaycanın inkişafı və onun vətəndaşlarının rifahı naminə səmimi qəlbdən yeni qələbələr, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Mixail QUTSERİYEV,

“RussNeft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri