Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tanınmış şair İlyas Tapdıq dünyasını dəyişib

25 Dekabr 2016
Dekabrın 25-də tanınmış şair, naşir, maarifpərvər ziyalı, Prezident təqaüdçüsü İlyas Tapdıq 82 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, 1930-cu ildə Gədəbəydə anadan olan İlyas Tapdıq Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeri ilə başlayıb. Uşaqgəncnəşrdə redaktor, Azərnəşrdə redaktor, böyük redaktor, “Gənclik” nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor, Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru, Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləyib.

İ.Tapdıq 1992-1995-ci illərdə “Azərbaycan” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri olub.