Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“YARAT” Film Klubu “Əli və Nino” qısametrajlı filmini təqdim edəcək

24 Dekabr 2016
Dekabrın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Elvin Mirzəyevin ekranlaşdırdığı “Əli və Nino” qısametrajlı filmi nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, “YARAT” Film Klubu tərəfindən təqdim olunacaq ekran əsərinin nümayişini hər kəs izləmək imkanı əldə edəcək. Xronometrajı 110 dəqiqə olan ekran əsərinin qəhrəmanı bakılı müsəlman Əli xan daha çox nəyi sevdiyini və nəyə bağlı olduğunu anlamağa can atır. O, Ninonu çox sevir. Nino xristiandır, o, başqa dünyanın, milliyyətin, mədəniyyətin, adət-ənənələrin nümayəndəsidir. Əli xan Ninoya ancaq Bakı şəhəri çərçivəsində aşiqdir. Əli ideal cəmiyyətin utopik ideyasını özündə daşıyır. Bir növ sonuncu mogikanların dövründən, böyük ənənənin, tarixi etnosun, onun zadəganlarının, mədəniyyətinin, bəlkə də bir növ sivilizasiyasının məhv edilməsindən bəhs edən filmin qəhrəmanları tarixi keçidin, geosiyasi dəyişikliyin, dünya xəritəsinin dəyişən, yenidən bölünən dövrünü yaşayırlar.