Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatı əməkdaşlarının təltif edilməsi haqqında

24 Dekabr 2016
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının aşağıdakı əməkdaşları təltif edilsinlər:

 

“Tərəqqi” medalı ilə

 

Ağayev Faiq Bahadur oğlu

Rumzadə Rəşid Faiq oğlu

Səfixanlı Aydın Məhəmməd oğlu

 

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

 

Abbasov Səbuhi Mehdi oğlu

Cahangirova Turan Eyvaz qızı

Heybətov Əli Nəsir oğlu

Heydərov Vüqar Vaqif oğlu

İsmayılov Ziya Cavanşir oğlu

Məmmədov Pərviz Bəhərçin oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 dekabr 2016-cı il