Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

23 Dekabr 2016
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci və 15-ci maddələrinin şərh edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti Plenumun icraatına qəbul edilərək, 2017-ci il 17 yanvar tarixinə təyin edilib.

Digər qərardadla Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81-ci maddəsinin şərh olunmasına dair müraciəti icraata qəbul edilərək, Plenumun 2017-ci il 27 yanvar tarixində keçiriləcək iclasına təyin olunub.