Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni əməkdaşlıq müqaviləsi imzalanıb

23 Dekabr 2016
 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Gəncə Dövlət Universiteti (GDU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

UNEC-in rektoru, professor Ədalət Muradovla GDU-nun rektoru, professor Yusif Yusibov arasında imzalanan sənəddə universitetlər arasında müəllim və tələbə mübadiləsinin aparılması, birgə ikili diplom proqramlarının reallaşdırılması, elmi-tədqiqat işlərinin görülməsi və elmi konfransların təşkili nəzərdə tutulur. Distant təhsil, elektron universitet modeli, informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında antiplagiat sahəsində təcrübə mübadiləsinin aparılması da müqavilədə öz əksini tapıb. 

Danışıqların nəticəsi olaraq, qeyd edilən layihələrin reallaşdırılması məqsədilə mütəmadi işgüzar görüşlər keçiriləcək.

Həyata keçirilən əməkdaşlığın əsas məqsədi UNEC-in region universitetlərilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.