Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Professor Abuzər Xələfovun 85 illik yubileyi qeyd edilib

20 Dekabr 2016
Dekabrın 20-də Bakı Dövlət Universitetində (BDU) tanınmış alim və pedaqoq, Əməkdar Elm Xadimi, Prezident təqaüdçüsü, professor Abuzər Xələfovun 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov professor A.Xələfovun mənalı ömür yolundan, səmərəli elmi, pedaqoji fəaliyyətindən, bu ali məktəbdə kitabxanaçılıq fakültəsinin yaranmasında, yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rolundan danışıb, alimin elmi tədqiqatlarının əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycanda kitаbхаnаşünаslıq elminin təşəkkül tapmasında və inkişafında A. Xələfovun mühüm xidmətləri olub. Alim kitabxanaşünaslığa aid onlarla monoqrafiya, dərslik və dərs vəsaitinin, çoxlu sayda elmi məqalənin müəllifidir.

Digər çıxış edənlər də professor A.Xələfovun əsərlərinin əhəmiyyətindən, Azərbaycanda kitabxanaşünaslığın inkişafına verdiyi töhfələrdən bəhs edib, ona uğurlar arzulayıblar.