Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hər gün “sağ ol!” eşidir

18 Dekabr 2016
 

Məhərrəm Əliyev 35 ildən çoxdur ki, Lənkəran şəhərindəki “Ayaqqabıların təmiri və tikilişi” sexində çalışır. İş otağı səliqəlidir, sifarişi həmişə vaxtında yerinə yetirir. Ona bu sənəti öyrədən ötən əsrin 80-ci illərində Lənkəranda yaxşı usta kimi tanınmış mərhum Abdulla Kərimov olmuşdur.

Usta Məhərrəmin də yetirmələri var. Onlardan biri indi bu sexdə çalışan oğlu Mehmandır.  Oğlu da xoş rəftarı, yaxşı xidməti ilə müştərilərin  hörmətini qazanmışdır.

Usta Məhərrəm ötən illər ərzində  yaxşı  işinə və nümunəvi  xidmətinə görə  müəssisə rəhbərliyi  tərəfindən dəfələrlə təşəkkür almış, mükafatlara layiq görülmüşdür.  Yaşının çox olmasına baxmayaraq, indi də  keyfiyyətli işi ilə müştəriləri razı salır, hər gün onlardan “sağ ol” eşidir.

 

Azad ZÜLALOĞLU,

Lənkəran şəhər sakini