Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yolun yenilənməsi aqrar inkişafı stimullaşdıracaq

18 Dekabr 2016
 

İsmayıllı-Qaraməryəm avtomobil  yolu kəndimizdən keçir. Uzun illər idi ki, bu yol baxımsızlıqdan dağılmış, bərbad vəziyyətə düşmüşdü. Döymədiyimiz qapı qalmamışdı. Bununla bağlı dəfələrlə cavabdeh şəxslərin   qəbulunda da olmuşduq. Hamı söz verirdi, lakin nəticə yox idi.

Amma inamımızı itirməmişdik, bilirdik ki, ölkədə gedən abadlıq-quruculuq işləri fonunda bu problem də bir gün müsbət həllini tapacaq. Elə də oldu. Dövlət başçısının tapşırığı ilə yol yenidən çəkildi.  Özü də yüksək keyfiyyətdə. Yol infrastrukturu da yeniləndi: 27 kilometrlik məsafədə 5 körpü-keçid quruldu.

Beləcə, yolun ətrafındakı kəndlərin əhalisi, eləcə də  yoldan keçən hər kəs rahatlıq tapdı. Nahaq yerə deməyiblər: mədəniyyət, iqtisadiyyat yoldan başlayır. Əminik ki, yolun abadlığı və digər yenidənqurma işləri kəndlərdə aqrar məşğulluğu bir qədər də stimullaşdıracaq. Fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli, həmçinin suvarma suyu ilə də təmin olunmuşuq. Fərdi təsərrüfatlarımızı genişləndirmək, deməli, həm də gəlirlərimizi yüksəltmək imkanları artıb. İndi qalır qol çırmayıb zəhmət çəkməyə və bəhrəsin görməyə.

 

Yunus MƏMMƏDOV,

 Sənubər ZEYNALOVA,

Kürdmaşı kənd sakinləri