Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“ADA” Universitetində “Praktik məsləhətlər üçün regional sessiya” mövzusunda seminar keçirilir

15 Dekabr 2016
Dekabrın 15-də “ADA” Universitetində “Praktik məsləhətlər üçün regional sessiya” mövzusunda ikigünlük seminar öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, seminar Təhsil, İqtisadiyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, “Rusiya Vençur Şirkəti” və “Global Venture Alliance” (GVA) fondunun təşəbbüsü ilə təşkil olunub.

“ADA” Universitetinin prorektoru Fariz İsmayılov bildirib ki, tədbirin keçirilməsinin əsas məqsədi innovativ ekosistemin qurulmasına və yüksək texnologiyalar sahəsində sahibkarlığın inkişafına töhfə verməkdir.

Təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov vurğulayıblar ki, seminarda iştirak edən ali təhsil müəssisələrinin müəllim və yuxarı kurs tələbələri innovativ sahibkarlıq fəaliyyəti üzrə lazımi bilik və bacarıqlar əldə edəcəklər. Həmçinin keçiriləcək intensiv təlimlər zamanı startap sahibkarlara biznes ideyalarının kommersiyalaşdırılması, potensial investorlara isə sərmayələri üçün perspektivli sahələri təyin etmələri məqsədilə təkliflər veriləcək.

Qeyd olunub ki, 2008-ci ildən Rusiya Federasiyasında keçirilən bu seminarlarda innovativ sahibkarlıq fəaliyyəti üçün əhəmiyyət daşıyan bilik və praktik bacarıqlar əldə olunub. Bu günədək keçirilmiş eyniadlı 160 tədbirdə 11 min nəfər iştirak edib.