Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Prezidenti İlham Əliyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə işçi naharı olub

13 Dekabr 2016
Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə birgə işçi naharı olub.

AZƏRTAC xəbər verir ki, sonra Prezident İlham Əliyev və Baş nazir Benyamin Netanyahu 1997-ci ilin avqustunda Bakıya səfəri zamanı Baş nazir Benyamin Netanyahunun ulu öndər Heydər Əliyev ilə görüşdüyü Şəfəq iqamətgahına gəldilər.

Prezident İlham Əliyev və Baş nazir Benyamin Netanyahu burada xatirə şəkli çəkdirdilər.