Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tramp ABŞ-ın yeni dövlət katibinin adını açıqladı

13 Dekabr 2016
ABŞ-ın yeni Prezidenti Donald Tramp  “ExxonMobil” neft şirkətinin rəhbəri  Reks Tillersonu dövlət katibi vəzifəsinə seçmişdir. Bu barədə  CNBC telekanalı xəbər verir.

Trampın andiçmə mərasimi gələn  il yanvarın 20-də keçiriləcək. Bundan sonra o, hökumətində nazir vəzifələrinə  namizədləri baxılmaq üçün rəsmən Konqresə təklif edəcək.

Reks Tillersonun 64 yaşı var. O,  Ostindəki Texas Universitetini bitirmişdir. 40 ilə yaxındır  “ExxonMobil”də müxtəlif vəzifələrdə çalışır. 2006-cı ildən bəri şirkətə rəhbərlik edir.

Bundan əvvəl KİV dövlət katibi vəzifəsinə  namizədlər arasında Tillersondan əlavə,  prezidentliyə keçmiş namizəd  Mitt Romni, ABŞ-ın BMT-dəki  sabiq daimi nümayəndəsi Con Bolton, senator Bob Korker, Cindəki keşmiş sədr Con Hantsman, MKİ-nin eks-direktoru Devid Petreus, respublikaçı siyasətçi Dana Rorabaker və istefada olan  admiral Ceyms Stavridisin adlarını çəkirdi.