Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

08 Dekabr 2016
Milli Məclisin aqrar siyasət komitəsinin dekabrın 8-də keçirilən iclasında “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Eldar İbrahimov qanun layihəsi haqqında məlumat verib. Bildirib ki, təklif olunan dəyişikliyə görə, inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılır.

Qeyd edilib ki, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması qaydalarını tənzimləyən yeni müddəaların əlavə olunması məqsədilə hazırlanıb.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.