Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin deputatları Özbəkistan MSK-nın sədri və Senat sədrinin müavini ilə görüşüblər

04 Dekabr 2016
 

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov dekabrın 4-də ölkədə keçiriləcək prezident seçkilərini izləmək üçün Daşkəndə gələn Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və deputat Elman Nəsirov ilə görüşüb.

Prezident seçkilərinə hazırlıq barədə qonaqlara məlumat verən M.U.Abdusalamov deyib ki, seçkilərə ölkədə fəaliyyət göstərən dörd siyasi partiyanın nümayəndələri qatılıb. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Azərbaycan Milli Məclisinin üzvləri ölkəmizdəki seçki sistemi haqqında məlumat veriblər.

Özbəkistan parlamentinin yuxarı palatası - Senat sədrinin müavini Svetlana Artıkova da azərbaycanlı deputatlarla görüşüb.

Görüşdə Özbəkistanda keçiriləcək prezident seçkiləri, Azərbaycan-Özbəkistan parlamentlərarası əməkdaşlığının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

 

AZƏRTAC