Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsmayıllı gecələri

27 Noyabr 2016
 

İsmayıllı gecələrinin özgə gözəlliyi, fərqli özünəməxsusluğu var. Bu, şəhərin ümummilli lider Heydər Əliyevin adını daşıyan prospekti boyunca uzanan qala divarlarına baxdıqda daha çox hiss olunur. Özünü sanki nağıllar aləmində hiss edirsən. Düşünürsən ki, hansısa peşəkar ssenari müəllifinin yazdığı, operatorun çəkdiyi filmə tamaşa edirsən. Əslində isə bu, film yox, real həyatdır.

Şəhərin gecə qaranlığını nura çevirən, cazibədarlığını  artıran tək bu prospekt deyil. Mədəniyyət evi, Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının binası, “Qala” şadlıq sarayı da baxdıqca göz oxşayır. Bazar hissəsində inşa olunan Saat meydanı isə bu kompleksi, bir növ, tamamlayır. Prezident İlham Əliyevin xeyir-duası ilə açılışı olan velosiped istehsalı zavodu, əsaslı təmirdən sonra istifadəyə verilən İsmayıllı Olimpiya İdman Kompleksi də həmçinin.

 

Əlaləm BABAYEV,

İsmayıllı şəhər sakini