Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sevincimizin həddi-hüdudu yoxdur

27 Noyabr 2016
 

Son vaxtlar Qazax rayonunda digər sahələrlə yanaşı, kənddaxili yolların yenidən qurulmasına da böyük əhəmiyyət verilir. Qazax-Kosalar avtomobil yolunun inşası qurtardıqdan sonra Çaylıda kənddaxili yollar da sahmana salınır.

Çaylı kəndi rayonumuzun ən iri yaşayış məntəqələrindəndir. Əhalisi  8885 nəfərdir. Xüsusi  təsərrüfatların sayı 2570-dir. Sakinlərin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Ümumi inkişaf onlarda əkin-biçinə də marağı artırıb: boş qalmış torpaq sahələri hesabına yeni əkin sahələri yaradılır. 

Amma uzun illər idi ki, kəndin yolları bərbad vəziyyətdə idi. Bundan çox əziyyət çəkirdik. Xüsusilə payız-qış aylarında sudan, palçıqdan, yay aylarında isə toz-torpaqdan  təngə gəlmişdik. Nəhayət, bu problemin həllinə başlanılıb: kənddaxili yolların yenidən qurulmasına və asfaltlaşdırılmasına start verilib. Hazırda kəndin mərkəzi yolunun 6 km hissəsində işlər sürətlə davam etdirilir. Yolun qısa müddət ərzində  istifadəyə verilməsi nəzərdə tutulub. Bu, bizi çox sevindirir.

Hörmətli redaksiya!

 Qəzetiniz vasitəsilə kəndimizə göstərilən  diqqət və qayğıya görə dövlət və yerli icra orqanlarına minnətdarlığımızı bildirmək istəyirik. 

 

Qəzənfər QOCAYEV,

Qazax rayonu Çaylı kənd sakini, təqaüdçü