Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avtobus dayanacağı var, amma nə faydası?!

27 Noyabr 2016
 

Piran Lerikin ucqar kəndlərindəndir. Rayon mərkəzi xeyli uzaq olduğundan bizim kəndin və ətrafdakı qonşu yaşayış məntəqələrinin sakinləri müəyyən işlərinin həlli, o cümlədən alış-veriş üçün daha yaxın olan Lənkəran şəhərinə yollanırlar.

Bunun üçün gündəlik avtobus xidməti də təşkil olunub. Problemimiz camaatın bu avtobusu gözlədiyi  dayanacaqla bağlıdır.

Keçmişdə burada yaraşıqlı dayanacaq var idi. Hamını da qane edirdi: insanlar yayda günəşdən, payızda-qışda yağışdan-qardan orada daldalanırdılar. İndi həmin dayanacaq sökülüb, yerində müxtəlif dükanlar tikilib. Əvəzində əks istiqamətdə başqa dayanacaq quraşdırılıb. Amma mahiyyəti üzrə yararsızdır, yağışlı havada orada daldalanmaq belə mümkün deyil. Ətrafı palçıq olur, üstündən də damır. Bir sözlə, işimizə yaramır.

Hörmətli redaksiya!

Bizi eşidən yoxdur. Amma ümid edirik ki, sizin sözünüzü eşidib bu işə əncam çəkən tapılacaq.

 

Zəfər ƏLİYEV,

Lerik rayon sakini