Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Problem aradan qaldırılıb

20 Noyabr 2016
 

“Azərbaycan” qəzetinin 9 oktyabr 2016-cı il tarixli nömrəsində “Ağstafada şəhid bulaqlarına laqeyd münasibət göstərilir” sərlövhəli oxucu məktubu dərc olunmuşdu. Paytaxt sakini İsrafil Cəfərovun redaksiyamıza ünvanladığı məktubda Ağstafa rayonunun mərkəzində - Məhəmməd Əmin Rəsulzadə küçəsindəki şəhid bulağının baxımsız qalmasından, suyun gəlməməsindən yazmışdı. Müəllif “Şəhid xatirəsinə belə laqeydlik olarmı?” deyə sual etmiş, susuz bulağın şəklini də çəkib redaksiyaya göndərmişdi...

Ağstafa Rayon İcra Hakimiyyəti məktubda toxunulan məsələyə münasibət bildirib. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm QULİYEVin imzası ilə aldığımız məktubda deyilir: “Həmin yazıda göstərilən fakta operativ münasibət göstərilmiş və problem aradan qaldırılmışdır”.