Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qışda bahar sevinci yaşadıq

20 Noyabr 2016
 

Bu gün hər birimiz sevinc içərisindəyik. Nəhayət ki, uzun illər həsrətində olduğumuz arzumuz çin oldu. Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində aparılan tədbirlər çərçivəsində bizim kəndimizə də qaz verildi.

Təbii qazın verilməsinin havaların soyuduğu, dağların zirvəsində qarın göründüyü bir vaxta təsadüf etməsi ikiqat sevincdir. Hər evdə, hər ailədə əsl toy-bayram ab-havası yaşanır. Artıq rahatlığa çıxmışıq: daha evlərimizi qızdırmaq üçün odun axtarmayacağıq. Digər tərəfdən, odunun qiymətini də hesablayanda bu, qazdan çox baha başa gəlir. Cərəyanla işləyən elektrik qızdırıcıları da sərfəli deyil. Ona görə də 500 abonenti olan kəndin sakinləri adından bizə göstərilən diqqət və qayğıya, xüsusən də bu işdə əməyi keçənlərin hamısına minnətdarlığımızı bildiririk.

 

Məmməd İSMAYILOV,

Şəki rayonu Cumakənd kənd sakini