Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Özbəkistan telekanalında Azərbaycanın turizm potensialına dair videoçarxın nümayişinə başlanılıb

01 Noyabr 2016
Daşkənddəki səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) 2016-cı ildə ölkəmizin turizm potensialının Özbəkistanda təbliği, müalicəvi və istirahət turizm mərkəzləri ilə əlaqədar müxtəlif təqdimatlar keçirir.

Özbəkistan turistlərini Azərbaycana cəlb etmək məqsədilə AMM-in hazırladığı videoçarxın Özbəkistan Dövlət Televiziyasında nümayişinə start verilib.

Videoçarxda Azərbaycanın tanıtımı, Bakı şəhərinin görməli yerləri, şəhərin arxitekturası, İçərişəhər, Bakı gecələri, dəniz mənzərəsi, Dənizkənarı Milli Park öz əksini tapıb. Videomaterialda “Qarabağ şikəstəsi”nin musiqisindən istifadə olunub. Material noyabrın 4-dək axşam saat 20:00-da Özbəkistanın “Mədəniyyət və Mərifət” telekanalında və “Bu gün” xəbərlər proqramı arasında nümayiş etdiriləcək.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd