Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 104-cü sessiyası öz işinə başlayıb

31 Oktyabr 2016
Oktyabrın 31-də Misir Ərəb Respublikasının Luksor şəhərində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 104-cü sessiyası öz işinə başlayıb.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sessiyanın proqramına 2016-cı ildə turizm sahəsində meyillər və fəaliyyətlər, turizmə yanaşma, prioritetlər və idarəetmə, 2016-2017-ci illər üzrə görüləcək işlərin ümumi proqramı, büdcə ilə bağlı komitənin hesabatı, baş katibin hesabatı, İcraiyyə Şurasının 104-cü sessiyasının qərarlarına baxılması, o cümlədən 2017-ci ildə şuraya sədrlik məsələləri salınıb.

Tədbirdə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, 40-dan çox ölkənin turizm naziri, nazir müavinləri, səfirləri və yüksək vəzifəli şəxsləri iştirak edirlər.