Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qəbələ Stend və Ox Atıcılığı Kompleksi bu yay 20 minədək turistə xidmət göstərib

23 Oktyabr 2016
Qəbələnin turizm obyektləri artıq dünyada tanınmağa başlayıb. Bunu Azərbaycanın turizm mərkəzinə çevrilən Qəbələyə gələn əcnəbi turistlərin ildən-ilə artan sayı da təsdiqləyir. Rayonda çoxşahəli turizm obyektlərinin istifadəyə verilməsi və görülən digər tədbirlər bu bölgəyə marağı getdikcə artırır. Belə obyektlərdən biri də Qəbələ Stend və Ox Atıcılığı Kompleksidir.

AZƏRTAC xəbər verir ki, kompleksdə yaradılan yüksək şərait idmançılarla yanaşı, turistlərin, eləcə də atıcılığa marağı olan hər bir qonağın vaxtını səmərəli və əyləncəli keçirməsinə imkan verir. Təsadüfi deyil ki, kompleksin xidmətlərindən bu yay 20 minə yaxın turist yararlanıb.

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində tez-tez beynəlxalq və respublika səviyyəli yarışların təşkili bölgələrdə stend və güllə atıcılığı idman növlərinin inkişafına təkan verir. Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Rusiya, Gürcustan və Türkiyənin atıcılıq üzrə yığma milli komandaları məhz bu kompleksdə təlim-məşq toplanışlarında iştirak edərək beynəlxalq yarışlara hazırlaşıblar.