Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 403

19 Oktyabr 2016
 

№ 403                         Bakı şəhəri, 7 oktyabr 2016-cı il

 

“Azərbaycan Respublikasının Ağgöl Milli Parkının sanitariya-mühafizə zonası”nın təsdiq edilməsi haqqında

 

“Xüsusi mühafızə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə “Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 166 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikasının Ağgöl Milli Parkının sanitariya-mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 4295,20 hektarlıq sahədə təsdiq edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 7 oktyabr tarixli 403 nömrəli qərarı ilə təsdiq edilmişdir.