Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 406

19 Oktyabr 2016
 

№ 406                                    Bakı şəhəri, 11 oktyabr 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün  xərclənməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında” 2016-cı il 9 mart tarixli 826 nömrəli Fərmanının 5.2-ci və “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 2015-ci il 28 dekabr tarixli 1659 nömrəli Sərəncamının 2.6-cı bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 1, maddə 57; 2008, N 2, maddə 125; 2013, N 8, maddə 1024) ilə təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci və 4.1-ci bəndlərdə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

2. 3.3-cü bənddə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyidir” sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətidir” sözləri ilə əvəz edilsin.

3. 5-ci hissənin mətnindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri