Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 407

19 Oktyabr 2016
 

№ 407                                    Bakı şəhəri, 11 oktyabr 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında” 2016-cı il 9 mart tarixli 826 nömrəli Fərmanının 5.2-ci və “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 2015-ci il 28 dekabr tarixli 1659 nömrəli Sərəncamının 2.6-cı bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 1, maddə 57, N 11, maddə 1417; 2016, N 6, maddə 1193) ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”na aşağıdakı məzmunda 6.10-1-ci bənd əlavə edilsin:

“6.10-1. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti;”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri