Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 410

19 Oktyabr 2016
 

№ 410                                    Bakı şəhəri, 12 oktyabr 2016-cı il

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturunun təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Ekologiya İdarəsi “Bakı Sukanal” İdarəsinə birləşdirilsin. 

2. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi və Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi Ceyranbatan Su Təchizatı İdarəsinə birləşdirilsin.

3. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti, “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxs kimi müəyyən edilsinlər.

4. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Mingəçevir Sukanal” İdarəsi və “Şirvan Sukanal” İdarəsi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturundan çıxarılaraq “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə daxil edilsinlər.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 3, maddə 257; 2006, N 1, maddə 59; 2007, N 9, maddə 922; 2009, N 10, maddə 846; 2010, N 11, maddə 1039; 2011, N 5, maddə 442; 2013, N 6, maddə 760; 2015, N 9, maddə 1074, N 12, maddə 1595; 2016, N 3, maddə 612, N 6, maddə 1225) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Strukturu”nun 2.18-ci, 2.19-cu, 2.20-ci, 2.23-cü, 2.24-1-ci, 3.4-cü və 3.5-ci bəndləri ləğv edilsin.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri