Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 413

19 Oktyabr 2016
 

№ 413                                    Bakı şəhəri, 13 oktyabr 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

 

“Quba şəhərində “Soyqırım memorial kompleksi”nin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 dekabr tarixli 673 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, N 6, maddə 749;  2015, N 3, maddələr 333, 338, N 4, maddə 455, N 6, maddə 801, N 10, maddə 1220, N 11, maddə 1425) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinə aşağıdakı məzmunda 7.21-ci bənd əlavə edilsin:

“7.21. Quba şəhərində “Soyqırım memorial kompleksi”. 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri