Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 405

14 Oktyabr 2016
 

№ 405                           Bakı şəhəri, 11 oktyabr 2016-cı il

 

Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 4.2-ci və 4.4-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Dövlət Dəmir Yolu Liseyi və 2 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
2. 1 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Liseyi, 17 nömrəli Bakı Peşə Liseyi, 10 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
3. 4 nömrəli Bakı Peşə Liseyi, 14 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasındaTexnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
4. 2 nömrəli Bakı Peşə Liseyi, 5 nömrəli Bakı Peşə Liseyi, 1 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
5. 6 nömrəli Bakı Peşə Liseyi və 9 nömrəli Bakı Peşə Liseyi birləşdirilsin və onların bazasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
6. Bakı Kompüter Peşə Liseyi və 7 nömrəli Bakı Peşə Liseyi birləşdirilsin və onların bazasında Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
7. 8 nömrəli Bakı Peşə Liseyi və 7 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
8. 15 nömrəli Bakı Peşə Liseyi, 5 nömrəli Bakı Peşə Məktəbi və 13 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
9. 16 nömrəli Bakı Peşə Liseyi və 14 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
10. 18 nömrəli Bakı Peşə Liseyi və 3 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
11. 6 nömrəli Bakı Peşə Məktəbinin bazasında Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
12. 1 nömrəli Gəncə Peşə Liseyi, 2 nömrəli Gəncə Peşə Liseyi və 3 nömrəli Gəncə Peşə Məktəbi birləşdirilsin və onların bazasında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
13. 3 nömrəli Gəncə Peşə Liseyi, 1 nömrəli Gəncə Peşə Məktəbi və 2 nömrəli Gəncə Peşə Məktəbi birləşdirilsin və onların bazasında Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
14. Bu qərarın 1-13-cü hissələri ilə yaradılan Dövlət Peşə Təhsil mərkəzlərinin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 7, maddə 745, N 10, maddə 969, N 12, maddələr 1241, 1245; 2012, N 3, maddə 257, N 4, maddə 399, N 6, maddələr 633, 634, N 12, maddə 1346; 2013, N 6, maddə 775, N 9, maddə 1130; 2014, N 1, maddə 72, N 2, maddə 214, N 6, maddə 751, N 7, maddə 907, N 9, maddə 1120; 2015, N 3, maddə 336, N 6, maddə 807, N 8, maddə 966, N 10, maddələr 1226, 1229, N 12, maddə 1571; 2016, N 1, maddə 176, N 2, (II kitab), maddə 373, N 3, maddə 622, N 5, maddə 957, N 6, maddə 1209) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “İlk peşə-ixtisas təhsili müəssisələri” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
15.1. 4-cü, 5-ci, 11-ci, 13-cü, 15-ci, 18-ci, 21-ci, 51-54-cü, 56-60-cı, 68-70-ci hissələr ləğv edilsin;
15.2. 1-ci, 3-cü, 6-10-cu, 16-cı, 17-ci, 19-cu, 20-ci, 22-ci və 55-ci hissələr aşağıdakı redaksiyada verilsin:
“1. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
3. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
6. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
7. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
8. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
9. Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
10. Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
16. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
17. Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
19. İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
20. Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi
22. Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi
55. Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”.
16. Müəyyən edilsin ki, bu qərarın 1-13-cü hissələri ilə yaradılan Dövlət Peşə Təhsil mərkəzləri peşə liseyi statusu ilə fəaliyyət göstərirlər.
17. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri