Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 383

09 Oktyabr 2016
 

N 383                                     Bakı şəhəri, 6 oktyabr 2016-cı il

 

“Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 1, maddə 60; 2012, N 5, maddə 484, N 6, maddə 625, N 10, maddə 1008; 2013, N 10, maddə 1230; 2015, N 12, maddə 1561)  ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-1-ci, 1.18-ci bəndlərdə və 2.4-cü bəndin üçüncü abzasında “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.

2. 1.15-ci bənd ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri