Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 384

09 Oktyabr 2016
 

N 384                                     Bakı şəhəri, 6 oktyabr 2016-cı il

 

“Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 1, maddə 62; 2012, N 5, maddə 485, N 10, maddə 1006; 2013,

N 10, maddə 1231; 2015, N 12, maddə 1560; 2016, N 4, maddə 821) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.12-1-ci, 1.19-cu bəndlərdə və 2.4-cü bəndin üçüncü abzasında “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.

2. 1.15-ci bənddə “fəaliyyətinə xüsusi razılığın verilməsi (lisenziyalaşdırılması)” sözləri “fəaliyyətinin lisenziyalaşdırılması” sözləri ilə əvəz edilsin.

3. 1.16-cı bənd ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri