Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 386

09 Oktyabr 2016
 

N 386                         Bakı şəhəri, 6 oktyabr 2016-cı il

 

“Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 mart tarixli 45 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

 

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 mart tarixli 45 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 3, maddə 256; 2014, N 1, maddə 69) 3-cü hissəsindən “, o cümlədən müvafiq fəaliyyət növünə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyətinin dayandırılmasını təmin etsinlər” sözləri çıxarılsın.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri