Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 396

09 Oktyabr 2016
 

N 396                                     Bakı şəhəri, 6 oktyabr 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 oktyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş “Pambıq qəbulu qəbzinin forması və verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 oktyabr tarixli 177 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N10, maddə 908) ilə təsdiq edilmiş “Pambıq qəbulu qəbzinin forması və verilməsi Qaydaları”nın 1.5-ci bəndinin birinci cümləsində “fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış” sözləri “fəaliyyətini həyata keçirən” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri