Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 398

09 Oktyabr 2016
 

N 398                                     Bakı şəhəri, 6 oktyabr 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli qərarı ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

 

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 12, maddə 1649) ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü və 11.5-ci bəndlərdə “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.

2. 11.3-cü bənd ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri