Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı dünyanın turizmdə irəliləyişə nail olan ilk 10 şəhəri arasında

30 Sentyabr 2016
Böyük Britaniyanın Səyahət Agentlikləri Assosiasiyasının (ABTA) ölkələr üzrə hər il nəşr etdiyi turizm bələdçi jurnalında Azərbaycan turizminə də xüsusi yer verilib.

Jurnalda xüsusi diqqət çəkən məqam Bakı şəhərinin 2016-cı il üzrə turizm baxımından xüsusi irəliləyişə nail olan və yaxşı perspektiv vəd edən 10 ən aparıcı şəhəri sırasına daxil edilməsidir. Bu siyahıda ikinci yerdə göstərilən Bakının qədim və müasir memarlıq nümunələri haqqında məlumat verilir, son illər ərzində bu şəhərin ev sahibliyi etdiyi mühüm mədəni və idman tədbirlərindən bəhs edilir. Bundan başqa, Quba rayonunda yəhudi icmasının kompakt məskunlaşdığı “Qırmızı Qəsəbə”nin Azərbaycanın dini dözümlülük rəmzi olduğu vurğulanır.

1950-ci ildə təsis edilmiş ABTA Böyük Britaniyanın tur operatorlarını və səyahət agentliklərini özündə birləşdirən ən böyük assosiasiyadır. ABTA-nın nəşr etdiyi “Country by Country” adlı turizm bələdçi kitabçası assosiasiyanın üzvü olan çoxsaylı tur operatorları, səyahət agentlikləri və çoxmilyonlu britaniyalı turist tərəfindən istifadə edilir.

 

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London