Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan və Türkiyə digər ölkələrdə turizm potensialının tanıdılması üçün birgə tədbirlər görəcək

27 Sentyabr 2016
Biz bir millət, iki dövlət olaraq hər zaman bir yerdə olmuşuq. Bu siyasət davam etdiriləcək. Əminliklə deyə bilərəm, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq perspektivləri çoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı deyib.

Hər iki dövlətin bölgədə sülhə dəstək verdiyini qeyd edən nazir deyib: “Son illərdə Azərbaycanda turizm sahəsində böyük irəliləyiş əldə olunub. Gələcəkdə turizm əlaqələrindən böyük gözləntilərimiz var. İnanıram ki, Azərbaycan və Türkiyə arasında səfər edən turistlərin sayı artacaq, qarşılıqlı əməkdaşlıq davam edəcək. Yaxın gələcəkdə Azərbaycan və Türkiyə digər ölkələrdə turizm potensialının tanıdılması üçün birgə tədbirlər görəcək. Biz bütün sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlığa hər zaman hazırıq”.