Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Heydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır.

Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər.
Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir.
"Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar".

"Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunub

Oxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.
Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilər

Ölkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib.
MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.

Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır

"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır.
Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır.
İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Dövlət Bayrağı Meydanında dalğalanan möhtəşəm üçrəngli bayraq azərbaycanlıların qürur mənbəyidirÖlkəmizin BMT Baş Assambleyasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsi işğalçı dövlətdə ciddi təşvişə səbəb olubNATO nüfuzlu hərbi-siyasi təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə öz münasibətini bildirməlidirHeydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Gədəbəyin uğurları çoxdur

çap versiyası

Gədəbəydə 6 ayın yekunlarından söhbət düşəndə öncə bir fakt yada düşür: cari ildə Gədəbəy qızılı dünya miqyasına çıxdı. Ulu öndər Heydər Əliyevin 1996-cı il fevralın 5-də imzaladığı sərəncamın bəhrəsi olaraq Gədəbəy qızıl mədəninin üstü açıldı. Ötən il Prezident İlham Əliyevin xeyir-duası ilə Qızıl-Mis Emalı Zavodu fəaliyyətə başladı. Aradan bir il keçəndən sonra Gədəbəy qızılı İsveçrədə emal olunaraq Bakıya gətirildi. Onun ilk 8 külçəsi, yəni 124 kiloqram xalis qızıl ehtiyatda saxlanılmaq üçün Mərkəzi Banka təhvil verildi.

Bu, təkcə dağlar diyarı Gədəbəyin yox, müstəqil Azərbaycanın əvəzsiz uğurudur. Elin yeraltı və yerüstü sərvətləri xalqa xidmət edir. Amma Gədəbəy rayonunun bu cür öyünüləsi işləri çoxdur. Regionların sosial-iqtisadi inkişafı 2-ci Dövlət Proqramı yerinə yetirildikcə uğurlar artır.
Cari ilin birinci yarısında rayon üzrə 47 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 52,2 faiz çoxdur. Rayonda sahibkarlığa geniş meydan açıldıqca əhalinin gəliri, qazancı çoxalır. Bir mühüm fakt xüsusi maraq doğurur. Cari ilin 6 ayı ərzində rayon büdcəsinə yerli mənbələrdən daxilolmaların həcmi artıqlaması ilə yerinə yetirilmişdir. Büdcəyə nəzərdə tutulduğundan 2 milyon manat artıq vəsait keçirilmişdir. Bu, rayonun iqtisadi inkişafını çox aydın şəkildə əks etdirir.
Gədəbəy ilin yarısını hər sahədə uğurla yola salıb. Havalar əlverişsiz keçsə də, kənd təsərrüfatında məhsul istehsalının həcmi 11,4 milyon manat olmuşdur. Sənaye məhsulunun həcmi 15 milyon, pərakəndə əmtəə dövriyyəsinin miqdarı isə 20,3 milyon manata çatmışdır. İcra hakimiyyətinin başçısı Kamran Rzazadə ilin 6 ayının yekunlarına həsr olunmuş iclasdakı məruzəsində qeyd etdi ki, bütün bu fərəhli işlər ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin müntəzəm surətdə bölgələrə göstərdiyi qayğı və diqqətin bəhrəsidir. Ölkənin hər yerində olduğu kimi, dağlar diyarı Gədəbəydə də iqtisadiyyatın yüksəlişi, əhalinin gün-güzəranının yaxşılaşması, abadlıq və quruculuq işlərinin geniş miqyas alması sahəsində böyük işlər görülür. Ən fərəhli hal budur ki, abadlıq və quruculuq işləri ən uzaq qəsəbə və kəndləri, öncə isə sərhəd bölgələrini əhatə edir. Rayonda elektrik enerjisi ilə və təbii qazla təchizatı sahəsindəki problemlər ardıcıl həll olunur. Prezident İlham Əliyevin tapşırığına əsasən, Novosaratovka, Qaraməmmədli, Böyük Qaramurad və Ataxal kəndlərinə təbii qaz verilməsi üçün Qaradam-Novosaratovka magistral kəmərinin çəkilişi başa çatdırılıb. İndi isə Şınıx bölgəsinə qaz xəttinin çəkilişi üçün hazırlıq işləri görülür.
Gədəbəy əsasən bitkiçilik və heyvandarlıq rayonudur. Cari ildə 13 min hektardan çox sahədə kartof, 630 hektar sahədə taxıl, 500 hektar sahədə qarğıdalı əkilmişdir. Havaların əlverişsiz keçməsinə baxmayaraq, nümunəvi aqrotexniki xidmət hesabına hər yerdə bol məhsul yetişdirilib. Maldarlığın da vəziyyəti yaxşıdır. Ötən ilin müvafiq dövründəkinə nisbətən mal-qaranın sayı və məhsuldarlığı xeyli artmışdır.
Rayonun iqtisadiyyatı yüksəldikcə abadlıq və quruculuq işlərinin miqyası da genişlənir. Son bir neçə ay ərzində rayonun mərkəzi küçələrində müasir işıqlandırma sistemi qurulmuş, küçə və prospektlərdə istinad divarları, səkilər əsaslı təmir olunmuş, çoxmənzilli kommunal evlərin dam örtüyü dəyişdirilmişdir. Səhiyyə, maarif və mədəniyyət obyektlərinin təmiri və bərpası işi də sistemli surətdə davam edir. Son bir neçə il ərzində Gədəbəy rayonunda 70-ə yaxın yeni məktəb binası tikilmiş, yaxud əsaslı şəkildə yenidən qurulmuşdur. Hazırda Arıqıran kəndində 360 şagirdlik yeni məktəb binası inşa olunur. Pərizamanlı, Böyük Qaramurad və Novosaratovka kənd məktəblərində yeni dərs ilinə ciddi hazırlıq görülür. Göyəlli kənd mədəniyyət evində, Söyüdlü kənd həkim ambulatoriyası və Qaraməmmədli feldşer-mama məntəqəsində isə əsaslı təmir işləri artıq yekunlaşıb. Bunlardan əlavə, son 6 ay ərzində yüzlərlə evə telefon xətti çəkilmiş, Gərgərdə ATS-in binası təmir olunmuşdur. Səbətkeçməz, Arıqıran, Şəkərbəy, Arabaçı, Pirbulaq, Pərizamanlı və Böyük Qaramurad kəndlərində də yeni elektron ATS-lərin qurulması nəzərdə tutulmuşdur.
Toplantıda əldə olunan uğurlar qeyd edilməklə yanaşı, yerlərdəki vəziyyət tənqidi surətdə təhlil edilmiş, mövcud problemlər, həlli vacib məsələlər və yol verilən qüsurlar aşkara çıxarılaraq onların aradan qaldırılması yolları göstərilmişdir. Xüsusən cari ilin yaz aylarındakı təbii fəlakət zamanı dəyən ziyanın aradan qaldırılması üçün operativ surətdə görülən işlərdən geniş söhbət açıldı. Qeyd olundu ki, rayon fövqəladə hallar komissiyasının və yerli icra orqanlarının təşəbbüsü ilə bir sıra məsələlər vaxtında həll olunmuş, ayrı-ayrı sahələrə dəyən ziyan aradan qaldırılmaq üçün konkret tədbirlər görülmüşdür. Bununla yanaşı, natiqlər Fındıqlı çayının üzərindəki 72 metrlik körpünün yararsız vəziyyətə düşdüyündən narahatlıqla danışdılar. Bildirdilər ki, altıaşırımlı körpünün nizama salınması rayon təşkilatlarının imkanı xaricindədir. Ona görə də Nəqliyyat və Fövqəladə Hallar nazirlikləri qarşısında məsələ qaldırıldı ki, mühüm strateji əhəmiyyəti olan körpünün yenidən qurulması üçün təcili tədbirlər görülsün. Bu həm də ona görə vacibdir ki, Gədəbəy rayonu turizm məskənidir. İsti yay aylarında bu yerlərə gələnlərin sayı-hesabı bilinmir. Fındıqlı körpüsü isə 50-yə yaxın kəndin yolunda əngəl törədir. Sosial-iqtisadi həyatın hər sahəsində sürətlə irəliləyən Gədəbəy rayonunda bu cür problemlərin həlli ümumi işə çox böyük kömək edər.

Əhməd İSAYEV,
"Azərbaycan"

01.08.2010

Geri qayıtmaq

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.