Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər. Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir. "Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar"."Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunubOxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilərÖlkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib. MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır. Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır. İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.
Müasir dünyamızda ekoloji tarazlığı qorumaq prioritet məsələlər sırasındadır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin "Ekologiya ili" elan edilməsi cəmiyyətimizin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanr. Ekoloji problemlərin yoluna qoyulmasında qeyri-hökumət təşkilatlarının da iştirakı təbii ki, ümumi işin xeyrinədir. Qeyri-hökumət təşkilatı olan Aqro İnformasiya Mərkəzinin hazırladığı "Ekoloji kənd təsərrüfatı" layihəsi hazırda Bərdə və Tərtər rayonlarında uğurla həyata keçirilməkdədir. Bu aktual layihəni hazırlayıb həyata keçirməkdə məqsəd fermerlərə, torpaq istifadəçilərinə ekoloji baxımdan sağlam kənd təsərrüfatı məhsulları istehsal etməyin özəl prinsiplərini aşılamaq, yeni və mütərəqqi iş üsullarını kənd əməkçilərinə mənimsətməkdir. Layihə çərçivəsində həyata keçirilən tədbirlər səmərə verir. Yeni ekoloji məhsul istehsalına başlayan fermerlər üçün bio-məhsulların hazırlanmasına və istifadəsinə dair təlim xarakterli tədbirlərin səmərəsi böyükdür. Vaxtaşırı reallaşan təlim-toplantılarda kənd təsərrüfatı məhsulları istehsal edən fermerlərə gübrələrdən, zəhərli-kimyəvi preparatlardan istifadə etmədən torpağın təbii münbitliyinin artırılması, biohumus və onun istehsalı, təsərrüfatlarda peyindən düzgün istifadə olunmasının əhəmiyyəti barədə ətraflı məlumatlar verilir. "AgriBioEkoTex" şirkətində istehsal olunan biopreparatlar və biohumus fermerlərdə böyük maraq doğurur. Artıq 2 ildir ki, Tərtər rayonunun Buruc kəndində bir fermer təsərrüfatı ekoloji məhsul istehsalı ilə məşğul olur. Əldə edilən nəticələr isə qənaətbəxşdir. İnanırıq ki, həyata keçirməyə çalışdığımız yeni layihə özünə respublikamızın bütün bölgələrində çoxlu tərəfdaş tapacaqdır. Əsas məqsədimiz odur ki, bazarlara ekoloji cəhətdən sağlam meyvə-tərəvəz, bostan məhsulları çıxarılsın, xalqımızın sağlamlığına hər hansı bir təhlükə yaranmasın.
Nəzakət BƏYVERDİYEVA, Aqro İnformasiya Mərkəzinin idarə heyəti sədrinin müavini