Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Heydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır.

Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər.
Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir.
"Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar".

"Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunub

Oxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.
Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilər

Ölkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib.
MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.

Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır

"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır.
Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır.
İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Dövlət Bayrağı Meydanında dalğalanan möhtəşəm üçrəngli bayraq azərbaycanlıların qürur mənbəyidirÖlkəmizin BMT Baş Assambleyasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsi işğalçı dövlətdə ciddi təşvişə səbəb olubNATO nüfuzlu hərbi-siyasi təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə öz münasibətini bildirməlidirHeydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Keçmişə daş atma

çap versiyası

Kor Edip aramızdadır, yaxud "qapayın qəzetlərin gözünü..."

"Azərbaycanın böyük və zəngin tarixi vardır. Bizim milli-mənəvi dəyərlərimiz vardır. Bu dəyərlər bizim üçün əsasdır".
İlham ƏLİYEV


Qədim yunan əsatirlərinə söykənən "Kor Edipin faciəsi"nin qəhrəmanı taleyin hökmü ilə bilməyərəkdən əvvəlcə atasını qətlə yetirir, hakimiyyəti ələ keçirir, sonra doğma anası ilə yatağa girir... Bunu bildikdə isə bu rəzaləti görməmək üçün öz əlləri ilə gözlərini çıxarır...
Bəşər sivilizasiyasının min illər boyu yaratdığı elə dəyərlər var ki, bəzən anlamaq olmur: o bizi yaradıb, formalaşdırıb, sözün həqiqi mənasında insan eləyib, yoxsa biz onu yaratmışıq?! Xeyir-şər, insaf-mürvət, yalan-doğru. Eləcə də ata-ana hissi, övlad sevgisi, nəvə sevinci, etibar, vəfa, xəyanət, namərdlik, abır-həya...
Bütün bunlar nə qədər milli olsa da, bir o qədər də ümumbəşəridir. Dünyanın harasına getsən, hansı ölkəsində olsan, eyni münasibətləri görəcəksən: dost-dostdur, düşmən-düşməndir. Xəyanəti, etibarsızlığı, namərdliyi yapon da, ingilis, fransız da, bəzən hindu da, zənci də eyni dərəcədə sevmir, bağışlamır.
Onlar da dostu sevirlər, dostdan ötrü ölürlər. İspanları, finləri, macarları oxuyanda bəzən düşünürsən ki, onlar bizdən də möhkəm sevirlər, onların bu sevgi yolunda iztirabları bizimkindən də güclüdür. Ata-ana sevgisi, qardaş-bacı itkisi də elə.
Hər bir dövrdə, hər bir cəmiyyətdə əsas problem məhz bu dəyərləri necə qoruyub saxlamaq, sevə-sevə gələcəyə ötürməkdir. Bəs biz bunları necə qoruyuruq? Təzələmək, inkişaf etdirmək bir yana, ümumiyyətlə, qoruya bilirikmi?
Sovetlər dövründə böyük rus yazıçısı A.P.Çexovun bir əsərinə qadağa qoyub külliyyatına daxil etməmişdilər. Bilirsiniz müəllifin günahı nə idi? Bildiyimiz həqiqətləri, qazandığımız bu dəyərləri alt-üst etdiyinə görə. Əsərdə göstərilir ki, cəmiyyətdə müəyyən mövqe qazanmış, dövrün nadir peşə sahiblərindən bir həkim təsadüfən oğru, quldur, falçı, qaraçılardan ibarət bir məclisə düşür. Onların söhbətini eşidib, arqumentlərini dinləyən gənc həkimin beynində, daxili aləmində elə təbəddülatlar baş verir ki, onu tanımaq olmur, hər şeyə şübhə edir: "İnsanlar niyə gecələr yatıb, gündüzlər işləməlidir? Bəlkə əksinə olmalıdır?!" "Niyə ömrümüz boyu bir qadını sevməliyik?" və s. Hətta qarşısına çıxan bir malikanəyə baxaraq düşünür: "Bunun pulu çoxdur. Sabah axşam bura hücum çəksəm, pis olmaz".
Ədəbiyyatın, sənətin gücünü görürsünüzmü? O, insanı hər yola çəkə bilər, hər yana döndərə bilər. Hələ beyni, düşüncəsi tam formalaşmamış cavanlar üçün isə bu, daha təhlükəlidir.
Bu mənada ədəbiyyatda, sənətdə, mətbuatda, ümumiyyətlə KİV-də çalışanların daxilində "mənəvi nəzarətçi" olmalıdır. Bu, senzura deyil! Yazan adamın, yaradıcı insanın içərisindəki min illər boyu yaradılmış müvazinət itəndə, ictimai qınaq, yaxud cəmiyyətin təpkisi kifayət etməyəndə bu nəzarətçi işə qarışmalıdır. Necə olur ki, dövlətin əsasları tərpənəndə, ali qanunları pozulanda müəyyən qurumlar hərəkətə gəlir (Prezident, Konstitusiya Məhkəməsi). Bəs həm cəmiyyətin, həm dövlətin əsasını təşkil edən ailə nə etsin, ailə başçısı neyləsin? Özünü, ailəsini, uşaqlarını yalandan, bəd, qorxunc, iyrənc xəbərlərdən necə qorusun? O kimin yanına getsin? Bədlik bədlik gətirər, - deyiblər.
Qısa vaxt ərzində ayrı-ayrı televiziya proqramlarından, qəzet səhifələrindən eşitdiklərimizə diqqət yetirin.
Düzü, bunu bir də oxumağınızı istəməzdik. Amma neyləməli? Cavan bir kişi danışır: "Həyat yoldaşımdan şübhələnmişdim. Tarlada işlərimizi qurtarıb axşam üç yaşlı uşağımızla evə dönürdük. Bıçağı çıxartdım. Başladı yalvarmağa. Əhəmiyyət vermədim - öldürdüm. Getdim uşağın üstünə. Oğlum uzanıb gözlərini də yummuşdu ki, mən onu görməyim... Düz ürəyindən vurdum ki, çox əziyyət çəkməsin". "Bəs uşağı niyə öldürdün?" - sualına cavab qəribədir: "Biz olmayandan sonra o, kimə lazımdır?"
Nə deyəsən, neyləyəsən - vallah bunların içində şeytan var. Vəhşi hesab etdiyimiz heyvan da bunu etməz. Yeri gəlmişkən, o gün bir sənədli film göstərilirdi. Hansısa toqquşmada balası ölən meymun onu düz bir həftə özü ilə daşıyır, qucağından yerə qoymur, sanki möcüzə gözləyir... Kimsə yaxşı deyib: "Bir analıq hissini, bir də qəriblik duyğularını axıracan anlamaq olmur".
Qəzetlərin manşetlərinə, proqramların anonslarına görün nələr çıxarılır? "Oğul əvvəlcə anasını, sonra atasını necə doğradı?", "Qardaş bacısının başını niyə kəsdi?", "Ata öz qızından nə istəyirdi?", "Qaynata ilə gəlinin sıcaq münasibətləri", "Qaçqın öz arvadını, qaynatasını, qaynanasını necə qanına qəltan elədi?", "Cavan qadın körpə uşaqlarını atıb bir kişi ilə xaricə necə qaçdı?", "Yaşlı kişi qardaşı oğlunu niyə baltaladı? Ortada qadın məsələsi var..." Bu, artıq "Aşk-ı Məmnu" deyil, - bəzi qəzetlərin, televiziyaların gözümüzə soxduğu "Azərbaycan reallıqları"dır... Bu reallıqlar qarşısında uşaqlar, cavanlar neyləməlidirlər? Kimin yanında olmalıdırlar - namus, qeyrət mücəssəməsinə, simvoluna çevrilən Mübariz İbrahimovların, yoxsa öz içimizdə özümüzü asanların, kəsənlərin, çəkənlərin, boğanların, öldürənlərin?
Milli mənəvi dəyərlərə münasibətdə hamımız öz mövqeyimizi müəyyənləşdirməliyik. Dövlət başçısı jurnalistlərlə görüşdə demişdir: "Biz ümumbəşəri dəyərləri bölüşürük, biz Avropa qurumları ilə bütün istiqamətlərdə - həm iqtisadi sahədə, həm siyasi islahatların dərinləşməsi sahəsində uğurlu əməkdaşlıq edirik.
Avropa dəyərləri də bizim üçün çox vacibdir. Yəni onlar bizim üçün yad dəyərlər deyil. Çünki Azərbaycanın tarixi və coğrafi vəziyyəti bu vəziyyətin yaranmasına gətirib çıxarıbdır.
Ancaq bizim üçün prioritet dəyərlər bizim milli dəyərlərimizdir və bunun üzərində müasir dövlətin qurulması bizim məqsədimizdir".
Bu siyahını uzatmaq da olar. Statistik məlumatları olduğu kimi açıqlamaq da mümkündür. Ancaq bu, lazımdırmı? Biz bu deyilən və deyilməyən, yazılan və yazılmayan xəbərlərin nə dərəcədə doğru olub-olmadığını araşdırmaq fikrindən uzağıq. Baxmayaraq ki, özlüyündə xəbər doğru olmalıdır. Bizi narahat edən başqa məsələdir. Bizi belə xəbərlərin seçimi, təqdimatı qorxudur. Ümumiyyətlə, belə xəbərlər yazılmalıdırmı? Belə xəbərlər oxunarmı? Bu mövzuda hazırlanan proqramlardan, reportajlardan pul qazanmaq düzgündürmü? Bu cür xəbərlərlə hörmət qazanmaq, çörək yemək olarmı? Bizcə, bunlar mənəvi zəhərdir - hər gün az-az yeməyimizə, suyumuza qatılan zəhər! Kim harada öləcək - bir Allah bilir. Onu yazan, hazırlayan isə dünyadan bixəbər adamdır. Hər halda dediyinin və yazdığının məsuliyyətini, uzaq nəticəsini dərk etməyəndir...
Kor Edip peyğəmbər deyil. O özünə aid olmayan, törətmədiyi, heç vaxt törədə bilməyəcəyi günahların daşıyıcısıdır. Onun haqqında rəvayətləri oxuduqca bəzən düşünürsən ki, yəqin elə bəşər xəlq olandan həmişə xeyirlə şərin yanında beli bükülmüş, gözləri tökülmüş bir nəfər də var - Kor Edip...
Kor Edip bizi hər gün görür, eşidir, amma bizi anlamır. Zatən yunan əsilli, yaxud çox keçmişdən gələn adam olduğuna görə yox, sadəcə biz daha qəddar olmuşuq, bizim bir-birimizlə danışdığımız dil daha çox qəlizləşib və qəddarlaşıb...
Kor Edip hələ aramızdadır - çıxmış, kor olmuş gözləri ovcunda ətrafımızda dolaşmaqdadır. Görsəniz, kömək eləyin, ya da, V.Mayakovski demişkən, "hər səhər evimizə, qəlbimizə, ruhumuza, münasibətlərimizə zəhər qatan bu "xəbərlər"dən qaçın, "qapayın bu qəzetlərin gözünü..."

Bəxtiyar QARACA,
"Azərbaycan"

01.08.2010

Geri qayıtmaq

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.