Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Heydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır.

Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər.
Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir.
"Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar".

"Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunub

Oxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.
Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilər

Ölkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib.
MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.

Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır

"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır.
Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır.
İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Dövlət Bayrağı Meydanında dalğalanan möhtəşəm üçrəngli bayraq azərbaycanlıların qürur mənbəyidirÖlkəmizin BMT Baş Assambleyasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsi işğalçı dövlətdə ciddi təşvişə səbəb olubNATO nüfuzlu hərbi-siyasi təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə öz münasibətini bildirməlidirHeydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Ekran sənətinin şərəfli yolu

çap versiyası

Keçmişin ictimai-siyasi, eləcə də mədəni-məişət hadisələrini ümumiləşdirərək özündə qoruyub saxlayan, mədəniyyət və incəsənətin sintetikasından formalaşan kino sənəti tarixin bir qolu olmaqla yanaşı, millətin və xalqın yaddaş salnaməsi funksiyasını da daşıyır. 112 yaşı olan Azərbaycan kinosu da bir çox uğurlar qazanıb. Xatırladaq ki, 1900-cü ildə Parisdə keçirilən ümumdünya sərgisində nümayiş etdirilən filmlərin arasında 1898-ci ildə Bakıda lentə alınan (bu, Azərbaycanda kino sənətinin əsasının qoyulduğu tarixdir) "Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" xronikaları da vardı.

Sonrakı illərdə ekranlaşdırılımış "Mavi dənizin sahilində", "Kəndlilər", "Arşın mal alan", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Bir cənub şəhərində", "Şərikli çörək", "Uşaqlığın son gecəsi", "Gün keçdi", "İstintaq", "Babək", "Dənizi fəth edənlər" və "Xəzər neftçiləri haqqında dastan" adlı Azərbaycanın bədii-sənədli filmləri keçmiş SSRİ məkanında, eləcə də əcnəbi ölkələrdə maraqla qarşılanmış, müxtəlif beynəlxalq kinofestivalların laureatı olmuş və kinematoqrafiyanın inkişafında mühüm rol oynamışdır.
Azərbaycan kinosunun tarixi keçmişinə aydınlıq gətirməmişdən öncə qeyd edilməlidir ki, digər sahələrdə olduğu kimi, kino sənətinin inkişafında da xalqımızın ümummilli lideri Heydər Əliyevin xidməti böyükdür. Azərbaycan xalqının taleyində, dövlətçiliyimizin tarixində, milli kinomuzun inkişafında silinməz izlər qoyan ulu öndər Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il 2 avqust ölkəmizdə Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
XIX əsrin ən böyük kəşfləri ilə bir sırada dayanan kino tarixin texniki ixtirasıdır. O, insan zəkasının ən müxtəlif sahələrini özündə birləşdirən sintetik bir sənət kimi təşəkkül tapıb. Kino sənəti kəşf olunana qədər fotoqrafiyanın ixtirası 1839-cu ildə Fransada qeydiyyatdan keçmişdir.
Yaxın qonşular və uzaq ölkələrlə karvan və dəniz yolu vasitəsilə ticarət əlaqələri quran Azərbaycan qədim yaşayış məskəni olmaqla yanaşı, Şərqlə Qərbin mədəniyyətlərinin qovuşduğu yer kimi də dəyərli, diqqətçəkən olub. Bakının Böyük İpək yolu üstündə yerləşməsi, burada neftin üzə çıxması, əmək adamlarının, eləcə də işçi qüvvəsinin bu yerlərə axınına səbəb olub. Belə bir dövrdə Azərbaycana artan maraqların içərisində diqqətçəkən bir məqam da Fransada ixtira olunmuş sinematoqrafın çox keçmədən Bakıda peyda olması idi. Qısa vaxt ərzində neft Bakısında yerli həyat tərzindən bəhs edən müxtəlif mövzulu ilk kinosüjetlər çəkildi. Beləliklə, 1898-ci il yanvarın 8-də Bakıda xarici filmlər göstərildi. Həmin il iyun ayının 21-də paytaxtda Vasilvyatskinin teatr-sirkində sirk tamaşası vaxtı Bakı həyatından bəhs edən "Şəhər bağında xalq gəzintisi", "Qatarın dəmiryol stansiyasına daxil olması", "Qafqaz və Merkuri" cəmiyyətinə məxsus gəminin limandan yola düşməsi və "Bazar küçəsi sübh çağı" kinosüjetləri nümayiş etdirildi.
O dövrdə Azərbaycanda kino sənəti yenicə ayaq açdığından həmin kinosüjetləri 25 ildən artıq Bakıda yaşayıb-yaratmış, Bakı elmi foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mixayloviç Mişon lentə alıb.
Azərbaycan kinosunun inkişaf mərhələsi ötən əsrin 50-ci illərinə təsadüf edir. Həmin illərdə nəinki sənədli, həm də bədii filmlərin istehsal həcmi xeyli dərəcədə artmışdı. Sənətkarlıq nöqteyi-nəzərdən bir-birindən xeyli fərqlənən "Görüş", "Qara daşlar", "Bəxtiyar", "Qızmar günəş altında", "Onun böyük ürəyi", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Ögey ana" və o illərdə çəkilən digər filmlər bu gün də sevilir.
Retro ömrü yaşayan neçə-neçə kinofilmimiz dünya kinoteatrlarının salonlarında indi də uğurla nümayiş etdirilir.
Ötən əsrin 60-70-ci illərində ekranlaşdırılmış "Telefonçu qız", "Yenilməz batalyon", "Sən niyə susursan?", "Bizim Cəbiş müəllim", "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Ad günü", "Dədə Qorqud", "Nəsimi" və başqa Azərbaycan kinolarında bir qədər zəif hiss olunan tənqidi pafos, ictimai müdaxilə səksəninci illərdə çəkilmiş "Özgə ömür", "Bağlı qapı arxasında", "Təxribat", "Lətifə", "Sahilsiz gecə" filmlərində müşahidə edildi ki, bu da artıq sovetlər dövrü mifinin məhvindən, illüziyalarının tədricən dağılmasından irəli gəlirdi.
Azərbaycan kinosunun keçid dövründə yaşadığını qələmə almağa ehtiyac olmasa da, təkcə onu qeyd etməliyik ki, çətin vəziyyətə düşməsinə baxmayaraq, kinematoqrafçılarımızın dövlətin və ayrı-ayrı sponsorların maddi dəstəyi ilə ekranlaşdırdığı "Qətl günü", "Nakəs", "Pəncərə", "Təhminə", "Dağıdılmış körpü", "Yuxu", "Vahimə", "Yük", "Nə gözəldir bu dünya" filmləri müstəqillik dövründə əldə edilən uğurlardandır.
Azərbaycan kinosu tarixi və şərəfli bir yol keçib. Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı pyesi əsasında 1905-ci ildə ekranlaşdırılmış, H.Ərəblinskinin, Məmməd Əlilinin, Cabbar Qaryağdıoğlunun, Qurban Pirimovun çəkildiyi ikiseriyalı 8 hissəli, səssiz "Neft və milyonlar səltənətində" filmindən indiyədək 339 tam və qısametrajlı, kinosüjet (kinojurnallardan başqa) və 100-dən artıq cizgi, 150-dən çox xronikal-sənədli, elmi-kütləvi, sifarişli, televiziya bədii və tədris filmləri istehsal edilib tamaşaçıların ixtiyarına verilib. Son illər bu sahədə əldə edilən uğurlar isə, təbii ki, dövlətimizin və ilk növbədə respublika Prezidentinin mədəniyyət və incəsənətimizə göstərdiyi qayğının nəticəsidir. Azərbaycan kinosu müasir olduğu qədər klassik, klassikliyi qədər də müasirdir. Müasir elektron texnologiyaların daha geniş auditoriyanı əhatə etməsinə baxmayaraq, ekranlaşdırılmış sənət əsərlərinin təsir gücü hələ də yetərincədir.

Məhəmməd
NƏRİMANOĞLU,
"Azərbaycan"

01.08.2010

Geri qayıtmaq

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.