Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Heydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır.

Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər.
Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir.
"Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar".

"Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunub

Oxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.
Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilər

Ölkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib.
MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.

Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır

"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır.
Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır.
İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Dövlət Bayrağı Meydanında dalğalanan möhtəşəm üçrəngli bayraq azərbaycanlıların qürur mənbəyidirÖlkəmizin BMT Baş Assambleyasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsi işğalçı dövlətdə ciddi təşvişə səbəb olubNATO nüfuzlu hərbi-siyasi təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə öz münasibətini bildirməlidirHeydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

"Qəbələ" gələcək uğurlarının əsasını qoyur

çap versiyası

Respublika Prezidenti İlham Əliyevin 2005-ci il oktyabrın 10-da imzaladığı "Futbolun inkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)" ölkə futbolunun tarixində yeni bir mərhələnin başlanğıcını qoydu.
Proqram ən populyar idman növünün inkişafı naminə görülməsi nəzərdə tutulan konkret tədbirləri əhatə edir. Sənəddə təhsil müəssisələrində, əhalinin yaşayış yerlərində futbolun infrastrukturunun yaradılması, təhsil müəssisələri üçün futbol üzrə tədris proqramlarının işlənib hazırlanması, futbol üzrə metodik vəsait və tövsiyələrin hazırlanması və.s məsələlər yer alıb. Həmçinin milli yığma komandaların beynəlxalq yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında, klub komandalarının Avropa turnirlərində iştirakına şərait yaradılması kimi aktual məsələlərə xüsusi diqqət yetirilir.
Bununla bağlı hazırda ölkədə futbolun inkişafı istiqamətində ardıcıl işlər görülür. Milli çempionatda mübarizə aparan komandaların maddi-texniki bazası yaxşılaşdırılır. Klubların nəzdində alt qruplar yaradılır, uşaq futboluna diqqət artırılır.
Bu baxımdan "Qəbələ" futbol klubunda həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Qəbələ Peşəkar Futbol Klubunun əsası 1995-ci ildə "Göy göl" adı ilə qoyulmuşdur. Komanda əvvəllər Xanlar (indiki Göygöl) rayonunu təmsil etmişdir. 2005-ci ilin mayında "Göy göl" adı "Gilan"la əvəz edilmişdir. Mövsümün sonunda isə komanda birinci dəstənin qalibi olub Premyer Liqaya vəsiqə qazanmışdır. Klub 2007-ci il avqust ayının 31-dən "Qəbələ" adlanır.
Ötən illər ərzində "Qəbələ" oyun təcrübəsini tədricən artırmış, nəticədə Premyer Liqanın sayılıb-seçilən komandalarından birinə çevrilmişdir. "Qəbələ"lilər ölkə kubokunun yarımfinal mərhələsinə qədər irəliləməyi bacarmışlar.
Komandada maddi-texniki bazanın yaxşılaşdırılması naminə ardıcıl addımlar atılır. Eyni zamanda, uşaq futbolu diqqət mərkəzindədir. "Qəbələ" klubunun prezidenti Taleh Heydərovun rəhbərliyi ilə həyata keçirilən bütün işlərdə əsas məqsəd dinamik inkişaf edən, yüksək titullara iddialı kollektiv yaratmaqdır. Odur ki, infrastrukturun möhkəmləndirilməsi qarşıda duran başlıca vəzifədir. Artıq konkret layihələr reallaşdırılır. Komanda üçün yeni stadion və futbol akademiyası inşa edilir. 15 min tamaşaçı tutumu olan stadionun layihəsini Böyük Britaniyanın "AFL Architects" şirkəti hazırlamışdır. Yeri gəlmişkən, "AFL Architects"in mütəxəssisləri "Çelsi", "Mançester Yunayted", "Liverpul", "Everton" və "Barselona" kimi məşhur klublar üçün təlim-məşq kompleksləri layihələndirmişdir. Şirkət bu il Cənubi Afrika Respublikasında keçirilmiş futbol üzrə dünya çempionatında da analoji işlər görmüşdür. Ən müasir standartlara cavab verəcək stadionun və akademiyanın qurğuları, mühəndis-layihə işləri və dizaynı "Çelsi"dəkinə bənzəyəcək.
Bununla yanaşı, klub heyətini və məşqçi korpusunu gücləndirir. Bir neçə ay bundan əvvəl tanınmış ingilis mütəxəssisi, "Arsenal" (İngiltərə) klubunun keçmiş kapitanı Toni Adams komandanın baş məşqçisi təyin edilmişdir. Həmçinin klub sıralarına bir neçə yerli və legioner futbolçu cəlb olunmuşdur.
Şübhəsiz ki, "Qəbələ"də aparılan köklü dəyişikliklər gələcəkdə öz bəhrəsini verəcək. Komanda növbəti mövsüm üçün məqsədini artıq müəyyənləşdirmişdir: Unibank Premyer Liqasında yüksək yer tutub qitə miqyaslı yarışlarda iştirak etmək.

Elçin CƏFƏROV

01.08.2010

Geri qayıtmaq

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.